Jurnalistlər, həmçinin, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun, “Qadın əməyinin tətbiqi qadağan olunan işlər”, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında gender amili mövzusunda məlumatlandırılıb. Seminar iştirakçılarına “Gender əsaslı məişət zorakılığı”, “Gender əsaslı məişət zorakılığı ilə mübarizədə KİV-in rolu” haqqında məlumat verilib. Seminar çərçivəsində həm də bu məsələlərlə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, sonrakı mərhələdə jurnalistlər arasında “Gender hüququ: Azərbaycan qanunvericiliyi və təcrübəsi” mövzusunda yazı müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.