Fed.az-ın xəbərinə görə, 300 nəfərin istirak edəcəyi sammitdə beynəlxalq və yerli qurumların peşəkarları insan resurslarının idarəçiliyi üzrə ən yaxşı təcrübəni paylaşacaqlar.
Sammitdə yerli və xarici spikerlər tərəfindən insan resursları işçilərinin korporativ brendinqdə rolu, işçi sayının optimallaşdırılması və korporativ nüfuz, işə götürən brendinin işə qəbul prosesinə təsiri, dəyişikliklərin idarə edilməsində HR-ın rolu, İşə götürən brendinin işçi loyallığına təsiri, HR proseslərinin avtomatlaşdırılmasının işçi məmnunluğunda rolu eləcə də ixtisar zamanı işə götürən brendinin saxlanılması mövzularında geniş təqdimatla çıxış edəcəklər.
Sammit haqqında etrafli melumat və istirak shərtləri www.hrsummit.az resmi səhifəsində maraqlana bilərsiniz.Qeyd edək ki, "HR Summit Baku 2017" tədbirinin eksklüziv media tərəfdaşı www.fed.az biznes maliyyə portalıdır