Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin monitorinqi və qiymətləndirilməsi” adlı müsabiqənin qalibi olmuşdur.
ƏTİ-dan Fed.az-a verilən məlumata görə, layihənin əsas məqsəd və vəzifələri Nazirliyin sifarişi ilə icra edilən layihələrin monitorinqinin və qiymətləndirilmənin aparılması, bunun əsasında hesabatın hazırlanmasıdır.
Təşkilat tərəfindən mütəxəsislərdən ibarət müstəqil monitorinq qrupu yaradılmış, onlar üçün məlumatlandırma sessiyası keçirilmiş, monitorinqin mexanizmi, metodologiyası hazırlanmışdır. Hazırlanmış mexanizm çərçivəsində qeyd olunan tərəfləri cəlb etməklə layihələrin yerinə yetirilmə vəziyyəti öyrənilərək qiymətləndiriləcəkdir.
Əlil Təşkilatları İttifaqı müsabiqənin qalibi olub
13:34
1 Sen 2016