BMT-nin Beynəlxalq Uşaq Fondu (UNICEF) dünyada 28 milyon uşağın müharibələr səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.
Təşkilat təqdim etdiyi məruzədə qaçqın durumuna düşən uşaqların sayının son 10 ildə təxminən iki dəfə artdığını vurğulayıb. Sənəddə evlərini tərk etmək məcburiyyətində qalan 28 milyon uşağın 10 milyonunun mühacir statusu aldığı bildirilir. Məruzəyə əsasən, mühacir uşaqların 45 faizi Suriya və Əfqanıstandandır.
Məruzədə qeyd olunur ki, qaçqın uşaqlar boğulma, yetərsiz qidalanma, qaçırılma, təcavüz və cinayət də daxil olmaqla bir çox risklərlə qarşı-qarşıya qalır, bir ölkədən digər ölkəyə gəldiklərində ayrıseçkilik və düşmənçilik kimi hallarla rastlaşırlar.
Fondun səlahiyyətlisi Ted Chaiban vətənlərindən didərgin düşən uşaqların qorunmağa möhtac olduqlarını deyərək, təhsil, səhiyyə kimi xidmətlərin onlar üçün vacib olduğunu bildirib.
UNICEF-in 2015-ci ildə verdiyi məlumata əsasən, uşaqlar dünya əhalisinin üçdə birini təşkil edir. Müharibələr səbəbindən evlərini tərk edən insanların isə yarısı uşaqlardır.
Anadolu İA©
Dünyada 28 milyon uşaq müharibələr səbəbindən evlərini tərk edib
14:11
7 Sen 2016