“Son 2 ildə Azərbaycan iqtisadiyyatı 5 faiz böyüyüb. Sonuncu seçkilərdən sonra Azərbaycanda 6 milyard manatlıq yeni dəyər yaranıb”.
Azərbaycanda pensiyalar indeksləşdirilərək 9,3 % artırılır - RƏSMİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Ötən 2 ildə ÜDM 123 milyard manatdan 129.1 milyard manatadək artıb. Zəfər seçkisindən sonra əvvəlki illərdə olduğu kimi Azərbaycanda sosial təminat tədbirlərinin daha dərinləşdirilməsi və əhalinin sosial rifahının daha yüksəldilməsi üçün yeni sosial paketin reallaşması həyata keçirildi. Yalnız son iki ildə dövlət büdcəsindən sosial istiqamətə 32.7 milyard manat vəsait ayrılıb. Bu il isə sosial istiqamətə 17.1 milyard manatın ayrılması nəzərdə tutulub. Dünən cənab Prezidentin imzaladığı Sərəncamla 1.1 milyona yaxın vətəndaşımızın pensiyaları artırıldı”, - deputat əlavə edib.










