Vətəndaşın kirayədə yaşaması onun ünvanlı sosial yardım alması üçün hər hansı bir maneə törətmir.
Eləcə də bax: Ünvanlı dövlət sosial yardımının məbləği - ARTIRLIR
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib.
Sədr bildirib ki, vətəndaş həmin kirayəni müvafiq qaydada rəsmiləşdirdikdə, hətta ünvanlı sosial yardımın məbləğində də bu nəzərə alına bilər.
"Şəxsin əsas xərc hissələrinin tərkibi kimi kommunal xərclərin müəyyən olunması zəruridir.
Elektron sistem bu məlumatı əldə edə bilmədikdə bu halda şəxsin müraciətinin araşdırılması mümkün olmur. Bu zaman diqqət etmək lazımdır ki, ünvanlı dövlət sosial yardımı üçün müraciət edilənrkən mütləq qaydada kommunal ödənişlərlə bağlı məlumatlara çıxış imkanı olmalıdır",- DSMF sədri deyib.