Bu ilin ilk doqquz ayı ərzində hüquqi şəxslərdə və digər tədbirlərdə açılmış yeni iş yerlərinin sayı 60 906 olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 9 065 iş yeri və ya 17,5% çoxdur.
Ötən ilin 9 ayında 51 841 yeni iş yeri açılmışdı.
Məlumata əsasən, yeni iş yerlərinin sayı 5 547-si yeni yaradılmış müəssisə və təşkilatlarda, 54 min 895-i mövcud müəssisə və təşkilatlarda, 227-si fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 237-i digər tədbirlər üzrə (müxtəlif beynəlxalq və yerli layihələr, abadlıq işlər) yaradılıb.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iş yerlərinin sayı yeni yaradılmış müəssisə və təşkilatlarda 13,3%, mövcud müəssisə və təşkilatlarda 18,3% artıb, fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda 19,8% , digər tədbirlər üzrə 3,7% azalıb.
Yeni yaradılmış fərdi sahibkarlıq subyektlərin sayı isə 88 406 təşkil edib ki, illik müqayisədə 6,4% artıb.