2023-cü ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqı 1248,4 manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin rüblük hesabatına istinadən xəbər verir.
Bu 2022-ci ilin 9 ayı ilə müqayisədə 15,8% çoxdur. Ötən ilin müvafiq dövründə nəqliyyat işçilərinin sayı 1078,1 manat olub.
Əmək haqqı göstəriciləri yerüstü və boru kəməri nəqliyyatında 1 010,5 manat, dəmir yolunda 1 171,2 manat, metroda 1 144,7 manat, avtomobil nəqliyyatında 838,9 manat, boru kəməri nəqliyyatında 1 935,3 manat, ondan neft kəməri nəqliyyatında 1 756,9 manat, qaz kəməri nəqliyyatında 2 019,5 manat, dəniz nəqliyyatında 2 184,8 manat, hava nəqliyyatında 1746,4 manat, anbar təsərrüfatı və yardımçı nəqliyyatda 1 250,8 manat, poçt və kuryer fəaliyyətində isə 520,9 manat təşkil edib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmək haqqı göstəriciləri yerüstü və boru kəməri nəqliyyatında 17,9%, dəmir yolunda 66,1%, metroda 9,6%, avtomobil nəqliyyatında 11,8%, boru kəməri nəqliyyatında 28,2%, ondan neft kəməri nəqliyyatında 5,3%, qaz kəməri nəqliyyatında 38,5%, dəniz nəqliyyatında 15%, hava nəqliyyatında 10%, anbar təsərrüfatı və yardımçı nəqliyyatda 15,6%, poçt və kuryer fəaliyyətində isə 18,9% artıb.