Qeyd edək ki, Azərbaycan Respublikasını Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə “ONLİNE GROUP” MMC DoctorMap layihəsini əhaliyə təqdim etmişdir. Bu layihənin başlıca məqsədi əhalinin sosial müdafiəsinin gücləndirilməsi – rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, informasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsidir.
Bu "Doctormap" mobil əlavəsini indi artıq "Play Market" və "App Store" əlavələr mağazasından əldə etmək olar. Bu əlavənin vasitəsilə istifadəçilər Bakı və Sumqayıtın 20-dən artıq klinikasında müalicə və ya müayinəyə endirimlərin verilməsi üçün istifadə olunan pulsuz elektron kartlar ala biləcəklər.
Doctormap-ın saytında həkim və xəstəxanaların yerini göstərən interaktiv xəritə də vardır. Lakin saytda təqdim olunan həkim mütəxəssislərin sayı məhduddur, çünki əsas meyarlardan biri ən yüksək ixtisaslı mütəxəssislərin seçimidir.
Həmçinin əlavənin funksiyası istifadəçini hansı müalicə müəssisələrinin pulsuz diaqnostika kampaniyası keçirdiyi barədə də məlumatlandırır.
Layihə rəhbərinin sözlərinə görə oktyabr ayına "Onlayn-əczaxana" modulu da inteqrasiya olunacaqdır. Bu onlayn aptek modulunun əsas xüsusiyyətlərindən biri lazımi dərmanı və ya dərmanları apteklərin geniş məlumat bazasından asanlıqla axtarıb tapmaq mexanizmidir. Bununla yanaşı, istifadəçilər həmçinin dərman preparatlarının qiymətlərini əyani şəkildə müqayisə edə bilərlər.
Bir daha qeyd edək ki, DoctorMap öz abunəçilərinə layihə ilə əməkdaşlıq edən tibb və sağlamlıq müəssisələrində güzəştli xidmətlərdən faydalanmaq imkanı yaradır.
Xatırladaq ki, Doctormap-in partnyor müəssisələrinə Sumqayıt və Bakı şəhərləri üzrə ümumilikdə 22 klinika və 6 fitnes-spa mərkəzi daxildir ki, onların hamısı Doctormap abunəçilərinə endirimlər edir.
Mənbə: doctormap.az ©