2024-cü ilin əvvəlinə Azərbaycanda cəmi pensiyaçıların sayı 1 milyon 95 min 958 nəfər təşil edib.
FED.az bu barədə Dövlət Statisika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu 2023-cü ilin əvvəli ilə müqayisədə 18 min 269 nəfər azalıb.
Bu dövrdə pensiyaçıların 184 min 222 nəfərini işləyən, 911 min 736 nəfərini işləməyən pensiyaçılar təşkil edib.
İllik müqayisədə işləyən pensiyaçıların sayı 11 min 533 nəfər (7%) artıb, işləməyən pensiyaçıların sayı 29 min 802 nəfər (3%) azalıb.