2024-cü il ərzində ölkədə 15,9 min iş yeri bağlanıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu dövrdə bağlanmış iş yerlərinin 30,1 faizi qeyridövlət sektorunun payına düşüb.
İş yerlərinin 29,7 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 70,3 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.