2024-cü il ərzində ölkədə 91,7 min yeni iş yerləri açılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu dövrdə yaradılmış iş yerlərinin 91,6 faizi qeyri-dövlət sektorunda açılıb.
Yeni açılmış iş yerlərinin 75,2 faizi Bakı şəhərinin, 2,4 faizi Naxçıvan Muxtar Respublikasının, 22,4 faizi digər regionların, o cümlədən 4,7 faizi Abşeron-Xızı, 2,7 faizi Gəncə-Daşkəsən, 2,5 faizi Qarabağ, 2,5 faizi Quba-Xaçmaz, 2,2 faizi Şirvan-Salyan, 2,0 faizi Lənkəran-Astara, 1,3 faizi Qazax-Tovuz, 1,3 faizi Şəki-Zaqatala, 1,2 faizi Mərkəzi Aran, 1,0 faizi Şərqi Zəngəzur, 0,7 faizi Mil-Muğan, 0,3 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.
Yeni açılmış iş yerlərinin 13,0 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 85,9 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılıb.
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 24,1 faizi tikinti, 17,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,5 faizi emal sənayesi, 8,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 7,2 faizi peşə, elmi və texniki fəaliyyət, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,5 faizi təhsil, 3,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,3 faizi informasiya və rabitə, 8,9 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.