Son 1 ildə Azərbaycanda işsizlərin sayı 20 min nəfərə yaxın artıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı 2026-cı ilin ilk yarısı üzrə "Pul Siyasəti İcmalı"nda bildirilir.
Hesabatda bildirilir ki, 2026-cı ilin iyulun 1-nə Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı 248,5 min nəfər olub. Bu, ilin əvvəli, yəni yanvarın 1-i ilə müqayisədə 3,6 % çoxdur. Başqa sözlə, ilin əvvəlindən indiyədək işsizlərin sayı 8600 nəfƏr artıb.
Son 1 ildə isə ölkədə rəsmi işsizlərin sayı 8,5 % artıb. Belə ki, bir il əvvəl işsiz kimi qeydiyyatdan keçənlərin sayı 229 min nəfər idi. Başqa sözlə, son 1 ildə ölkədə qeydiyyatdan keçmiş işsizlərin sayı 19,5 min nəfər artıb.












