Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsi və Mərkəzi Bankın rəsmi məlumatları əsasında apardığı təhlilə görə, son dörd il ərzində Azərbaycanda əhalinin nominal gəlirləri üzrə artım dinamikası davam edib.
Azərbaycanda əhalinin gəlirləri 12 milyard manata yaxınlaşıb - 6 %-LİK ARTIB
FED.az Media Təhlil Mərkəzinə istinadla xəbər verir ki, 2021-ci ilin I rübündə əhalinin nominal gəlirlərinin həcmi 13,5 milyard manat idisə, son 4 ildə bu göstərici 53,8 faiz və ya 7,2 milyard manat artıb. 2025-ci ilin yanvar-mart aylarında isə ölkə əhalisinin nominal gəlirləri 20,7 milyard manat təşkil edib və bu da 2024-cü ilin eyni dövrünə nisbətən 6,6 faiz və ya 1,3 milyard manat çox deməkdir. Əhalinin nominal gəlirləri dedikdə, əhalinin müəyyən dövr ərzində əldə etdiyi bütün pul gəlirlərinin (əməkhaqqı, pensiya, müavinət, sahibkarlıq gəlirləri və s.) ümumi məbləği nəzərdə tutulur. Bu göstərici gəlirlərin faktiki miqdarını əks etdirir və inflyasiya nəzərə alınmadan hesablanır.