Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında V turun təqvimi müəyyənləşib.
Hesabat turunda Azərbaycanın kişilərdən ibarət əsas milli komandası Hindistanla qarşılaşacaq.
4 turdan sonra hər iki komanda itkisiz irəliləyir. Azərbaycanın ikinci komandası Türkmənistanla, üçüncü yığma isə Zimbabve ilə üz-üzə gələcək.
Daha əvvəl Zimbabve Azərbaycanın əsas yığmasına uduzub. Türkmənistan isə üçüncü milliyə qalib gəlib.
Hazırda Azərbaycan1 8 xalla 2-ci, Azərbaycan2 6 xalla 27-ci, Azərbaycan3 isə 4 xalla 71-ci pillədə qərarlaşıb.
Qadınlardan ibarət əsas yığmanın rəqibi Almaniya olacaq. İkinci milli İspaniyanı, üçüncü komanda Özbəkistanı sınağa çəkəcək.
4 turdan sonra Azərbaycan1 7 xalla 11-cidir. Azərbaycan2 5 xalla 34-cü, eyni xala malik Azərbaycan3 39-cu pillədə yer alıb.
Qeyd edək ki, III turda Azərbaycanın qadınlardan ibarət ikinci komandası Almaniya ilə heç-heçə oynayıb.
Ümumdünya Şahmat Olimpiadası
V tur
Kişilər
Azərbaycan1 - Hindistan
Şəhriyar Məmmədyarov (ağ) - Pentala Harikrişna (qara)
Teymur Rəcəbov (qara) - Başkaran Adhiban (ağ)
Arkadiy Naydiç (ağ) - Santoş Qujrathi Vidit (qara)
Eltac Səfərli (qara) - Seturaman Panayappan (ağ)
Azərbaycan2 - Türkmənistan
Vasif Durarbəyli (ağ) - Yusup Atabayev (qara)
Nicat Abasov (qara) - Saparmyat Atabayev (ağ)
Qədir Hüseynov (ağ) - Handszar Odeyev (qara)
Namiq Quliyev (qara) - Mergen kakabayev (ağ)
Zimbabve - Azərbaycan3
Rodvell Makoto (ağ) - Vüqar Əsədli (qara)
Faray Mandizha (qara) - Nail Bəşirli (ağ)
Emarald Takudzva Muşore (ağ) - Abdulla Qədimbəyli (qara)
Elişa Çimbamu (qara) - Pərviz Qasımov (ağ)
Qadınlar
Azərbaycan1 - Almaniya
Zeynəb Məmmədyarova (ağ) - Elizabet Pehtz (qara)
Günay Məmmədzadə (qara) - Marta Mixna (ağ)
Gülnar Məmmədova (ağ) - Yelena Levuşkina (qara)
Aydan Höccətova (qara) - Yudit Fuxs (ağ)
İspaniya - Azərbaycan2
Sabrina Veqa Qutierrez (ağ) - Türkan Məmmədyarova (qara)
Ana Matnadze (qara) - Nərmin Xələfova (ağ)
Niala Kollazo Hidalqo-Qato (ağ) - Ülviyyə Fətəliyeva (qara)
Amalia Aranaz Murilyo (qara) - Nərgiz Umudova (ağ)
Özbəkistan - Azərbaycan3
Nafisa Muminova (ağ) - Nərmin Məmmədova (qara)
Qulrukhbeqim Toxiryonova (qara) - Xanım Balacayeva (ağ)
İrina gevorgyan (ağ) - Gövhər Beydullayeva (qara)
Nodira Nadiryanova (qara) - Ayan Allahverdiyeva (ağ)
Report.az©