Efiopiya müxalifət partiyasının lideri bazar ertəsi günü xəbərdarlıq etdi ki, Afrika ölkəsində bazar günündən sonra müşahidə edilən vəziyyət daha da pisləşə bilər. Qeyd edək ki, həftə sonu ölkədə hökumət əleyhinə çıxan etirazçıların təxminən 100 nəfəri öldürüldü.
"İnsanlar ümidsizlik içindədir, çünki hökumət etirazçıların tələblərinə hörmətlə yanaşmır” deyə “Oromo Federalist Congress Party”-nin müxalifətçisi Mulatu Gemechu NBC-yə verdiyi telefon müsahibəsində bildirmişdi.
Əsasən də ölkənin ən sıx əhali yaşayan bölgəsi olan Oromia regionunda və Amhara bölgəsində çoxlu sayda insanın qanı tökülmüşdü.
Gemechu bildirmişdi: “Oromiada böyük gərginlik müşahidə edilir. Hərbi qüvvələr hər yerdə yerləşmişdir. Xırda bir şeyin üstündə müxalifətçilər və etiraz edən tələbələr həbs edilir, döyülür və öldürülür”.
Etirazçılar Addis Ababada ölkə hökumətinin insan haqlarına qarşı etdiyi hüquq pozuntularına son qoymalarını və siyasi məhbusları azad etmələrini artıq uzun aylardır ki, tələb edirlər. Yeni nümayişlər həmçinin ölkədəki həyat keyfiyyətinin aşağı olması ilə bağlı narazılıqların artması fonunda baş tuturdu.
“İnflyasiya artır; su, işıq və digər infrastruktur sistemləri, ümumiyyətlə hər bir şey dağılıb məhv olur. Burada gündəlik həyat o qədər çətinləşmişdir ki, insanlar artıq susa bilmir” deyə Gemechu bildirmişdir.
Efiopiya hökumətindən birbaşa olaraq heç bir rəy bildirilməmişdi, lakin Efiopiya hökumətinə məxsus olan Efiopiya İnformasiya Agentliyindən bildirildi ki, “antisülh qüvvələri” tərəfindən edilən “qeyri-qanuni etirazlar” nəzarət altına alınmışdır. Onlar itkilər, zərər çəkmiş insanlar barədə heç bir məlumat vermədi.
"Amesty”nin Şərqi Afrika üzrə Regional Direktor Müavini Mişel Kaqari demişdi: “təhlükəsizlik qüvvələrinin verdiyi cavab çox sərt və gözlənilən idi. Efiopiya qüvvələri sistematik olaraq öz səhv cəhdləri ilə onlara sərf etməyən, razılaşmadıqları səsləri susdurmaq üçün aşırı gücdən, zorakılıqdan istifadə etmişlər”.
Efiopiya qonşu Somalidəki islamçı qüvvələrə qarşı müharibədə Amerikanın əsas müttəfiqidir. Qan töküldükdən sonra Dövlət Departamenti vəziyyət barədə “dərin narahatlıqlarını” bildirdilər.
“Amnesty International”dan bildirildi ki, hökumət qüvvələri tərəfindən döyüş güllələrinin buraxılması nəticəsində 97 etirazçı öldürülmüşdü və qurbanların üçdə biri şimal şəhəri Bahir Dirdə öldürülmüşdü.
Addis Ababadakı Amerika səfirliyi bildirdi: “Biz bütün vətəndaşların sülhcəsinə toplanıb öz fikirlərini ifadə etməklə bağlı konstitusiya ilə qorunan haqlarına, o cümlədən müxalifətçi baxışlarına hamını hörmətlə yanaşmağa səsləyirik və bu çağırışımızı bir daha təsdiqləyirik ”
Mənbə: www.nbcnews.com