İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub.
Nazirlikdən FED.az-a daxil olmuş məlumatda bildirilir ki,Türkiyə Sığorta Birliyinin sədri Atilla Benli ilə görüşdə sığorta sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsinin iqtisadiyyatın inkişafındakı rolu qeyd olunub, Türkiyənin sığorta şirkətlərinin Azərbaycanın sığorta bazarına investisiya yatırmaq imkanları barədə fikir mübadiləsi aparılıb.