Azərbaycanın sığorta sektorunda ciddi yeniliklər gözlənilir.
Eləcə də bax: Azərbaycanda işin dayanmasına görə - SIĞORTA ÖDƏNİŞLƏRİ BAŞLAYIB
FED.az xəbər verir ki, dəyişikliklər özünü ilk növbədə avtomobillərin icbari sığortasında göstərəcək. Söhbət sığorta haqlarının məbləğinin dəyişməsi, bonus-malus mexanizminin dəyişdirilməsi, eləcə də, agentlərə ödənilən komissiya haqlarına yeni yanaşmadan gedir.
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) FED.az-a verilən məlumata görə, sığorta qanunvericiliyinin təkmilləşdirilməsi üçün Mərkəzi Bankın rəhbərliyi və nəzarəti altında sığorta şirkətlərinin iştirakı ilə təkliflər planı hazırlanıb və müvafiq qurumlara təqdim edilib.
Təkliflərdə
sığorta məhsullarının indiki tələblərə uyğunlaşdırılması,
sığorta haqlarında müəyyən hədlərin müəyyən edilməsi,
bonus-malus əmsallarının hesablanması üçün yeni üsulların müəyyən edilməsi,
sığorta haqlarında və ödənişlərdə edilməli olan dəyişikliklər,
qanuni həddən daha yüksək komissiyon muzdların verilməsinin qarşısının alınması istiqamətində işlərin aparılması və s . məsələlər əhatə edilib.
«Sığorta şirkətləri tərəfindən sığorta sektorunda mövcud olan problemlərin həll edilməsi, eləcə də istehlakçı hüquqlarının qorunması məqsədilə sığorta qanununda müəyyən istiqamətin alınması da hədəflənib»-deyə ASA-dan bildirilib.