Azərbaycan Mərkəzi Bankının (AMB) əməkdaşlarının tibbi sığortalanması üzrə elan edilmiş tenderin qalibi təqdim edilmiş təkliflərin qiymətləndirilməsinin nəticələrinə əsasən, Paşa Sığorta” ASC elan edilib.
FED.az xəbər verir ki, bu barədə məlumat AMB-nin rəsmi saytında yer alıb.
Məlumatda bildirilir ki, qalib şirkətlə müvafiq sığorta müqaviləsi bağlanıb.