Son dövrlər sürücüləri sığorta ilə bağlı narahat edən zənglər avtomobil sahiblərinə aid məlumat bazasının sığortaçıların əlinə necə keçməsi məsələsini gündəmə gətirir. Maliyyə Bazarlarına Nəzarət Palatası məsələyə aydınlıq gətirib. Palatadan bildirilib ki, qurum avtomobillərin icbari sığortası üzrə sığortalılara məxsus olan müqavilə məlumatlarına malik deyildir: "Bununla əlaqədar, müvafiq məlumatların Palata tərəfindən üçüncü şəxslərə verilməsi mümkün deyildir".
Bundan əlavə MBNP-dan bildirilib ki, hazırda sığorta bazarında 758 sığorta agenti fəaliyyət göstərir. Palata ümumilikdə bu kimi qeyri-sağlam fəaliyyətin qarşısını almaq üçün konkret addımlar atmağa başlayıb. Avtomobillərin icbari sığortasında mövcud sistemin təkmilləşdirmə prosesi gedir. Qarşıdakı bir neçə ay ərzində bütün neqativ hallar sığorta bazarından yığışdırılacaq.
Məlumatları agentlərə kim verib? - PALATADAN CAVAB
16:13
19 Fev 2018