Azərbaycan sığorta bazarının ən iri şirkətlərindən olan “AzərSığorta” Dövlət Sığorta Kommersiya şirkəti 2021-ci ilin yanvar üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
FED.az Azərbaycan Mərkəzi Bankın (AMB) rəsmi hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar ayı üzrə Dövlət Sığorta Şirkətinin yığımlarının həcmi 2,585 mln. manata çatıb. Belə ki, Şirkətin peşəkar satış komandasının uğurlu fəaliyyəti nəticəsində sığorta haqlarının həcmi ötən ilin yanvar ayı ilə müqayisədə 0,442 mln. manat və ya 20,1% artaraq 2,585 mln. manat təşkil edib.
Şirkətin yığımlarındakı artımla yanaşı, sığorta ödənişlərində də kəskin artım müşahidə olunub. Cari ilin yanvar ayında baş vermiş müxtəlif sığorta hadisələri üzrə Dövlət Sığorta şirkəti tərəfindən müştərilərə 15,517 mln. manat həcmində sığorta ödənişi verilib. Bu rəqəm 2020-ci ilin analoji dovrü (yanvar) ilə müqayisədə 11,4 dəfə çoxdur. Məlumat üçün qeyd edək ki, ötən ilin yanvar ayında bu rəqəm 1,365 mln manat idi.
Qeyd edək ki, sığorta bazarının lokamativlərindən hesab olunan “Azərsığorta Dövlət Sığorta Kommersiya Şirkəti” ölkədə uğurlu fəaliyyəti ilə seçilən ilk beşliyə daxildir. Şirkət təkrarsığorta sahəsində dünyanın tanınmış şirkətləri ilə (“AİG”, “LukOil insurance,” “MinehRe”, “MBASK”, “Tokio Marine”, “Merkurey Assistance”, ”Tokio Marine”) yaxından əməkdaşlıq edir.