2025-ci ilin avqustun 1-nə Azərbaycanda bankların tikinti sahəsinə verdiyi kreditlərin portfeli 1 milyard 474,9 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Tikinti sektoruna yönələn kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 92,1 milyon manat, yəni 6,7%, ötən ilin sonuna nəzərən isə 105,9 milyon manat, yəni 7,7% artıb. Son bir ayda isə portfeldə 68,6 milyon manat, yəni 4,4% azalma qeydə alınıb.
Xatırladaq ki, tikinti üzrə kredit portfeli bu ilin iyulun 1-nə 1 milyard 543,5 milyon manat, ötən ilin sonunda 1 milyard 369,0 milyon manat, 2024-cü ilin avqustun 1-nə isə 1 milyard 382,8 milyon manat təşkil edib.