2025-ci ilin avqustun 1-nə (iyul ayının yekunu) Azərbaycanda bankların kənd təsərrüfatı sahəsinə verdiyi kreditlərin portfeli 1 milyard 833,3 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Aqrar sahəyə yönələn kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 282,1 milyon manat, yəni 18,2%, ötən ilin sonuna nəzərən 47,0 milyon manat, yəni 2,6%, aylıq müqayisədə isə 23,9 milyon manat, yəni 1,3% artıb.
Xatırladaq ki, kənd təsərrüfatı üzrə kredit portfeli bu ilin iyulun 1-nə 1 milyard 809,4 milyon manat, ötən ilin sonunda 1 milyard 786,3 milyon manat, 2024-cü ilin avqustun 1-nə isə 1 milyard 551,2 milyon manat təşkil edib.