STP Şirkətlər Ǫrupu, AS G100D nüfuzlu beynəlxalq standartı üzrə sertifikatlaşdırmaya nail olan ilk və yeganə yerli şirkət oldu.
FED.az xəbər verir ki, bu nailiyyət STP Şirkətlər Ǫrupunun ölkədə sənaye sektorundakı qabaqcıl rolunu və aviasiya, aerokosmik və müdafiə sənayesinə olan sadiqliyini bir daha nümayiş etdirir.
Beynəlxalq Aerokosmik Keyfiyyət Ǫrupu (IAǪG) tərəfindən hazırlanmış və Beynəlxalq Avtomobil Mühəndislər Cəmiyyəti (SAE International) tərəfindən təsdiqlənmiş AS 9100D standartı aviasiya, aerokosmik və müdafiə sənayesinin yüksək tələblərinə uyğunlaşdırılmış, lazımi keyfiyyəti sərgiləyən bir standartlaşmadır. Beynəlxalq sertifikasiya şirkəti olan Bureau Veritas UK tərəfindən həyata keçirilən uğurlu sertifikatlaşdırma auditi STP Şirkətlər Ǫrupunu beynəlxalq stadartlara cavab verən, keyfiyyətli məhsul və xidmətləri təqdim etməyə qadir olan regional lider kimi təsdiq etdi.
Bu sertifikat bir çox beynəlxalq və yerli sənaye nəhəngləri ilə əməkdaşlıq etmək üçün böyük imkanlar açmaqla yanaşı həmçinin müvafiq sənaye sektorlarında nəzərdə tutulan ölkəxarici irimiqyaslı layihələrdə olacaq strateji tərəfdaşlıqlar üçün əlverişli fürsətdir.
STP Şirkətlər Ǫrupunun Baş İcraçı Direktoru Hicran Valehov bu uğurla bağlı fikir bildirərək deyib:
“Biz Azərbaycanda yerli şirkətlər sırasında AS G100D standartlaşma sertifikatını əldə edən ilk və yeganə şirkət olmaqdan qürur duyuruq. Bu nəailiyyəti, regionda innovasiya və sənaye liderliyinə aparan bir yol kimi təzahür etmək olar. İnanırıq ki, əldə etdiyimiz uğur, aviasiya, aerokosmik və müdafiə sektorlarının inkişafına təkan verməklə yanaşı ölkə iqtisadiyyatına da olan mühüm təsirini göstərəcək.
”STP Şirkətlər Ǫrupunun tərkibində fəaliyyət göstərən şirkətlərin bütün məhsul və xidmətləri haqqında ətraflı məlumatı *0990 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, rəsmi internet səhifəsinə daxil olaraq və ya sosial şəbəkələrdəki səhifələrimizi izləməklə əldə edə bilərsiniz.