Azərbaycanın SOCAR neft şirkəti Rusiyada neft yatağının işlənməsi ilə bağlı danışıqlar aparır. Bu barədə SOCAR-ın vitse-prezidneti Elşad Nəsirov bildirib.
Onun sözlərinə görə, "Rosneft", "Qazprom" və "Novatek" də daxil olmaqla bir neçə şirkətlə damışıqlar aparılır.
E.Nəsirov həmçinin əlavə edib ki, SOCAR Rusiyanın "Qazprom" şirkətinə RF-dən qaz tədarükü üzrə müqavilənin 2020-ci ilə qədər uzadılmasını təklif edib.
Qeyd edək ki, tədarüklə bağlı əvvəlki müqavilə 2017ci ildə bağlanıb və 2018-ci ildə müddəti bitir.