Bu il ərzində Gürcüstan Rusiyadan 144 mln. kubmetr təbii qaz idxal etməyi planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın İctimai televiziyası İqtisadiyyat və davamlı inkişaf naziri Natia Trunavaya istinadən məlumat yayıb. Bildirilib ki, cari ildə Gürcüstan Rusiyadan aldığı qaz illik ümumi istehlakın 5,4%-nə bərabər olacaq. Yerdə qalan qazın isə Azərbaycandan idxal ediləcəyi bildirilib.
Məlumatda həmçinin qeyd olunub ki, "SOCAR Georgia Gas" şirkəti Rusiyadan 10 mln. kubmetr həcmində qaz alacaq. Şirkətin bu məqsədlə aprelin 17-də keçirilən hərracda iştirak etdiyi bildirilib.
Eləcə də bax: SOCAR Türkiyədə yeni neft-kimya kompleksinin tikintisini tezləşdirə bilər