SOCAR və BP şirkətlərinin Türkiyədə birgə inşa edəcəyi yeni neft-kimya kompleksi 2023-cü ilin əvvəlində istifadəyə verilə bilər. FED.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “SOCAR Turkey” şirkətinin rəhbəri Zaur Qəhramanov bildirib.
Onun sözlərinə görə, investisiya qərarının qəbul edilməsi durumunda bu ilin ikinci yarısında tikinti işlərinin başlanılması və 2022-ci ilin sonu – 2023-cü ilin əvvəli kompleksin istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, yeni neft-kimya kompleksinin ("Merkuri" layihəsi) tikintisinə 2020-ci ildə başlanacağı barədə deyilirdi.
Kompleksə aromatiklər və saflaşdırılmış tereftal turşusu (PTA) müəssisələri daxil olacaq. PTA zavodunda isə 1,25 mln. ton saflaşdırılmış tereftal turşusu, aromatiklər fabrikində isə 830 min ton paraksilol, 400 min tona yaxın benzol istehsal ediləcək.