Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A. Ş” Almaniyanın “EWE AG” şirkətindən Türkiyədə şəhərdaxili qazpaylama şirkətlərini satın alıb.
FED.az Türkiyə mediasına istinadən xəbər verir ki, şirkətin Türkiyədəki törəməsi “EWE Turkey Holding”ə daxil olan “Bursagaz”, “Kayserigaz” “EWE Enerji”, “Enervis” şirkətləri SOCAR-a satılıb. Məlumata görə, əqdin dəyəri 140 mln. dollar təşkil edir.
Qeyd edək ki, “EWE Turkey Holding” 2007-ci ildə Türkiyə bazarına daxil olub. “EWE” “Bursagaz” və “Kayserigaz”da 80% paya sahib olub. Bu şirkətlərdə “Çalık Enerji”nin 10%, müvafiq bələdiyyələrin isə 10% payı var.