“SOCAR Turkiye Enerji” şirkəti (ARDNŞ) 2020-ci ildən etibarən Türkiyənin daxili bazarında illik 4 mlrd. kubmetr qaz satışını planlaşdırır. FED.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Zaur Qəhrəmanov məlumat verib.
“2020-ci ildən daxili vbazarda SOCAR-ın qaz satışı illik 4 mlrd. kubmetr təşkil edəcək. Eyni zamanda, illik 2 mlrd. kubmetr “Bursagaz” və “Kayserigaz” şirkətlərinin abonentlərinə satılacaq. Onların ümumi sayı 1,5 mln. nəfər təşkil edir”, - Qəhrəmanov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, qalan illik 2 mlrd. kubmetr qazı şirkət Türkiyənin daxili bazarında topdan qiymətlərlə satmağı planlaşdırır.
Eləcə də bax: SOCAR Rusiyanın kəməri ilə neft ixracını - BƏRPA EDƏCƏK
SOCAR 2019-cu ilin yanvar ayında “SOCAR “EWE A.G” enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən EWE Turkey Holdingi və qrupa daxil olan şirkətlərin satın alınmasını elan edib.
Türkiyənin Enerji BazarınınTənzimləmə Şurası (EPDK) və Türkiyənin Rəqabət işləri üzrə Şurası SOCAR (ARDNŞ) şirkətinin Almaniyanın “EWE A.G” enerji şirkətinə məxsus “Bursagaz” və “Kayserigaz” şirkətlərinin satın alınmasını təsdiq edib.
“EPDK və ürkiyənin Rəqabət işləri üzrə Şurası ARDNŞ tərəfindən “Bursagaz” və “Kayserigaz” şirkətlərinin satın alınmasını təsdiq edib. Sırada SOCAR tərəfindən “Millenicom” telekommunikasiya şirkətinin satın alınmasının Türkiyə İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsinin (BTK) təsdiq etməyi durur.
SOCAR-ın EWE Turkey Holding və bura daxil olan şirkətlərin satın alınması üzrə əqdin dəyəri 140 mln. dollar təşkil edir.
EWE Turkey Holding Bursagaz və Kayserigaz ilə Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsüdür.
Hazırda “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “Star” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının tikintisini həyata keçirən şirkət, həmçinin daxili bazara qaz tədarük edir.