"2021-ci ildə dövlət büdcəsinə ümumilikdə 33 milyon manatdan artıq vəsait ödənilib ki, bunun da 29,7milyon manatı vergi, 3,3 milyon manatdan çoxunu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib"
FED.az-ın məlumatına görə, bunu Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
Z.İbrahimov bildirib ki, 2020-ci ildə bu göstərici 12.8 milyon manat təşkil edib:
"2021-ci ilin büdcə ödənişlərində isə 20.2 milyon manat, yəni 158% artım qeydə alınıb. Ümumilikdə, Cəmiyyətin fəaliyyəti dövründə dövlət büdcəsinə vergi və sosial köçürmələr şəklində 73.8 milyon manat həcmində vəsait ödənilib".