Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinə yeni təyinat olub.
General Hikmət Mirzəyev müdafiə nazirinin müavini - TƏYİN EDİLİB - DOSYE
FED.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, Hidayət Ağanəcəf oğlu Əzimov müdafiə sənayesi nazirinin müavini təyin edilib.
Qeyd edək ki, Hidayət Ağanəcəf oğlu Əzimov 1985-ci ildə Bakı şəhərində anadan olub.
2001-2005-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb.
2005-2007-ci illərdə magistr dərəcəsinə yiyələnib.
2006-2007-ci illərdə yerli hüquq şirkətlərinin birində hüquqşünas vəzifəsində fəaliyyət göstərib.
2007-2018-ci illərdə “Atəşgah” Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb.
2018-2022-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit və konsaltinq şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.
2018-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 5 mart 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub. (Apa)