Gürcüstan Polşa ilə birgə pilotsuz uçuş aparatları istehsal edəcək.
Eləcə də bax: “PUA-larımız Qarabağda qatil idi, Ukraynada mələk oldu”
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze parlamentdə illik hesabatla çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yaradılmış Gürcüstan-Polşa birgə müəssisəsi qırıcı və kəşfiyyat PUA-larının istehsalını həyata keçirəcək.
Nazir müəssisənin müasir texnologiyalarla təchiz ediləcəyini, nəzdində təlim mərkəzinin də yaradılacağını deyib.
C.Burçuladze qeyd edib ki, ilin sonunadək “Delta Vebe” şirkəti Gürcüstan istehsalı olan PUA-lar buraxacaq. (Report)