Azərbaycan Çinlə alternativ enerji sahəsində yeni texnologiyaların tətbiqi, müvafiq avadanlıqlarla təchizat, sıfır emissiyalı sənaye parkının yaradılması məqsədilə əməkdaşlıq qurulmasını müzakirə edib.
Pekində “Azərbaycan Ticarət Evi” açılıb - FOTOLAR
FED.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovun Çinin “Envision Energy” şirkətinin vitse-prezidenti Con Li ilə keçirilən görüşdə bildirilib.
Görüşdə Çinin işgüzar dairələri ilə əlaqələrin genişləndiyi vurğulanıb, Azərbaycanın biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar qeyd olunub. Diqqətə çatdırılıb ki, enerji səmərəliliyi sahəsində ən mütərəqqi alətlərin tətbiqi, alternativ enerji sahəsinin inkişaf etdirilməsi iqtisadi artımın davamlılığının təmin edilməsində vacib məsələlərdəndir. Azərbaycanda bu istiqamət üzrə ixtisaslaşan müəssisələrin fəaliyyətini təmin etmək məqsədilə tərəfdaşlıq üçün geniş imkanlar var.