2021-ci ilin yanvar-oktyabr aylarında (10 ayda) Azərbaycanda 1862 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4% çox ( və ya 365 ədəd çox) minik avtomobili istehsal olunub (yığılıb).
2021-ci ilin yanvar-sentyabr aylarında (9 ayda) Azərbaycandaa 1516 ədəd minik avtomobili istehsal edilmişdi. Beləliklə, oktyabrda Azərbaycanda 346 ədəd minik avtomobili istehsal edilib. Sentyabrda Azərbaycandakı müəssisələr tərəfindən 302 ədəd avtomobil buraxılmışdı.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 01.11.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 365 ədəd təşkil edib. 01.10.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 366 ədəd təşkil etmişdi.
TRAKTOR İSTEHSALI KƏSKİN ARTIB
2021-ci ili yanvar-oktyabr aylarında Azərbaycanda 581 ədəd traktor istehsal edilib. İstehsal ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb. 01.11.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 56 ədəd təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda 1949 ədəd və ya 2019-cu illə müqayisədə 411 ədəd az minik avtomobili, 300 ədəd və ya 2019-cu illə müqayisədə 66.9% az traktor istehsal edilmişdi.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala, Hacıqabul və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir (Marja).