Türkiyənin müdafiə sənayesi üzrə istehsal planına daxil olan Döyüş Pilotsuz Təyyarə Sisteminin (MİUS) hazırlıqları ilə bağlı məlumat yayımlanıb.
FED.az xəbər verir ki, bununla bağlı Türkiyənin müasir texnologiya hərəkatının banisi hesab edilən “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar özünün rəsmi tviter hesabında paylaşım edib.
Hərbi təyyarənin gövdəsinin şəklini paylaşan S.Bayraktar “Üç il yarımdan sonra istehsal xəttinə daha böyük və çevik balıq daxil edilib. MİUS - pilotsuz döyüş təyyarəsi: Bayraktar “Qızıl alma” yoldadır. Bizi izləməyə davam edin”, - deyə bildirib (Azertag).