Sənaye

Azərbaycanın pambıq zavodu Türkiyə avadanlıqları ilə - Yenilənəcək

Azərbaycanın pambıq zavodu Türkiyə avadanlıqları ilə - Yenilənəcək | FED.az
12:35 5 Mart 2021

“Azərpambıq ASK” MMC-nin Saatlı  rayonunda yerləşən Pambıq İstehsalı Emalı Zavodunda istehsal gücünün artırılması məqsədilə yenidənqurma işləri həyata keçirilir. 

Azərbaycan Sənaye Korporasiyasından FED.az-a daxil olmuş məlumata görə, təmir-bərpa işləri çərçivəsində  zavodun yararsız vəziyyətdə olan texniki bazası, köhnə, sıradan çıxmış avadanlıqları Türkiyənin “Tekmen” şirkətinə məxsus, müasir standartlara cavab verən, yeni qurğular ilə əvəzlənəcəkdir. Bununla da zavodun quruducu, təmizləyici, emal və mahlıc presləyici avadanlıqlarının yenilənməsi nəticəsində müəssisənin gündəlik emal gücünün  167 tona çatdırılması gözlənilir.

Zavodun tam gücü ilə işə düşməsi nəticəsində Cəmiyyətin Salyan, Sabirabad və İmişli rayonlarında yerləşən məntəqələrində də tədarük olunmuş xammal həmin müəssisəyə qəbul olunaraq, emal olunacaqdır.

Yenidənqurma işlərinin tam başa çatdırılma müddəti cari ilin may ayına planlaşdırılır.

Qeyd edək ki, 2021-ci ildə Saatlı rayonunda “Azərpambıq ASK” MMC ilə müqavilə əsasında 3 min 320 hektar sahədə pambıq əkilməsi planlaşdırılır ki, bu göstərici keçən il ilə müqayisədə  20 hektar çoxdur.

Banner
Banner

Digər xəbərlər