Yanvar ayında Azərbaycanda traktor istehsalı tamamilə dayanıb.
Eləcə də bax: “QAZel” tipli avtomobillərin yığım zavodu - GƏLƏN İL AÇILACAQ
FED.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, yanvarda ölkədə traktor istehsal edilməyib.
Əvəzində indi anbarlarda satılımayan 286 traktor qalıb.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda 905 traktor istehsal edilib, amma ilin sonunda onun 289-u anbarda idi. Başqa sözlə, yanvar ayında cəmi 3 traktor satılıb.
Ümumiyyətlə, Azərbayanda traktor istehsalı son aylar kəskin azalıb. Dekabrda cəmi 4 ədəd, noyabrda 2 ədəd traktor buraxılmışdı.
Müqayisə üün bildirək ki, ötən ilin yanvarında ölkədə 188 ədəd traktor istehsal edilmiş, anbarda traktor qalmımışdı.