Bu gün Hacıqabul Sənaye Məhəlləsində “QAZel” tipli avtomobillərin yığım zavoduna baxış keçiriləcək.
FED.az xəbər verir ki bu barədə Baş Nazirin müavini Şahin Mustafayev dekabrın 9-da jurnalistlərə açıqlamasında deyib.
Eləcə də bax: Hacıqabul Sənaye Məhəlləsində yeni rezidentlər fəaliyyətə - BAŞLAYA BİLƏR
Ş.Mustafayev bildirib ki, təməli ötən ilin fevralında qoyulan zavodun gələn ilin birinci rübündə istifadəyə verilməsi gözlənilir.