Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1953,3 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,7%, kimya sənayesi məhsullarının istehsalı isə 6% artıb.
Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından karbamid istehsalı 48,2%, azot istehsalı 13,3%, metanol istehsalı 5,1%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 3 dəfə, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 40,6%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 23,1%, polietilendən kisə və çantalar istehsalı isə 16,5% artıb.
Azərbaycanda hesabat dövründə kimya sənayesində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri |
2024-cü ilin yanvar- noyabr aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.12.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Kimya sənayesi məhsulları |
|||
Təsirsiz qazlar, min kub metr |
39931,2 |
94,3 |
256,4 |
ondan: |
|||
azot, min kub metr |
22179,2 |
113,3 |
69,0 |
Lak-boya məmulatları, ton |
38259,9 |
106,8 |
333,6 |
Qeyri-üzvi kimyəvi maddələr, ton |
30530,0 |
133,0 |
7590,0 |
ondan: |
|||
yod, ton |
192,9 |
100,2 |
19,5 |
Üzvi kimyəvi maddələr, min ton |
829,8 |
94,0 |
16,5 |
ondan: |
|||
etilen, min ton |
126,1 |
83,2 |
- |
propen (propilen), min ton |
119,6 |
85,4 |
0,7 |
metanol (metil spirti), min ton |
468,2 |
105,1 |
12,7 |
Etil spirti, min dkl |
74,5 |
155,5 |
18,9 |
Gübrə və azot birləşmələri, min ton |
592,0 |
148,2 |
70,7 |
ondan: |
|||
karbamid, min ton |
592,0 |
148,2 |
70,7 |
İlkin formada plastik kütlə, min ton |
244,7 |
83,9 |
13,3 |
ondan: |
|||
polietilen, min ton |
120,5 |
81,7 |
7,0 |
Yapışqan və yapışdırıcı maddələr, min ton |
121,2 |
107,8 |
7,6 |