Hacıqabul Sənaye Məhəlləsində artıq bır sıra müəssisələr sınaq müddətində fəaliyyətə başlayıb. Bunlardan biri də su bidonlarının istehsalı ilə məşğul olan müəssisədir.
Eləcə də bax: Azərbaycanda böyük zavod - İSTİFADƏYƏ VERİLƏCƏK
FED.az-ın məlumatına görə müəssisənin direktor müavini Hüseyn Əlizadə "azərtac"a bildirib ki, belə müəssisənin fəaliyyətə başlaması respublikada bir ilkdir: “Polikarbonat tərkibli bu qablar indiyədək ölkəyə xaricdən gətirilirdi. Yerli istehsal isə idxaldan asılılığı aradan qaldıracaq. Müəssisə daxili bazarı təmin etməklə yanaşı, ixrac potensialına da malikdir. Belə ki, müəssisə il ərzində 450-500 min su bidonu istehsal etmək gücünə malikdir”.
Direktor müavininin sözlərinə görə, hazırda daxili bazarın bu qablara olan tələbatı 150-200 min ədəd arasında dəyişdiyi üçün istehsal olunan qabların xaricə satılmasına da şərait yaranacaq. Bu qabların digərlərindən fərqi çox istifadəli olması ilə seçilir.
Sınaq müddətində fəaliyyət göstərən müəssisədə hazırda 7 işçi çalışır. Gələcəkdə müəssisə tam fəaliyyətə başlayacağı təqdirdə, işçi sayının artırılması nəzərdə tutulur.