“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidenti "AzerFloat" QSC-nin şüşə lövhələr istehsalı zavodunda tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir.
Eləcə də bax: Azərbaycanın məşhur şüşə zavoduna – BİZNES TUR TƏŞKİL EDİLİB
FED.az xəbər verir ki, 12 hektar ərazidə yerləşən zavod Azərbaycanda termoformalaşdırılmış şüşə lövhələr istehsalı üzrə ilk müəssisə olacaq. Zavodun 2020-ci ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur. İstehsal olunacaq məhsullar daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq.
Azərtac