“Glassica” QSC hazırda Azərbaycanda butulkaya olan tələbatın 30-40%-ni ödəyir.
Azərbaycan şirkəti Rumıniya və Moldovaya şüşə tara - İXRAC EDİB
FED.az xəbər verir ki, bu, müəssisəyə mediatur zamanı bildirilib.
Qeyd edilib ki, şirkət tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində daha bir müəssisənin inşası planlaşdırılır. Bu müəssisənin istifadəyə verilməsi ilə ölkəmizdə butulkaya olan tələbat tam ödəniləcək. Hazırda müəssisədə 140 nəfər şəxs daimi işlə təmin edilib. Müəssisə fəaliyyətə başlayandan bugünədək 3 milyon ədəddən çox butulka istehsal edilib. (Marja)