Sənaye

Azərbaycanda bir ayda 192 minik avtomobili - İSTEHSAL OLUNUB

Azərbaycanda bir ayda 192 minik avtomobili - İSTEHSAL OLUNUB | FED.az
21:11 18 Fev 2020

2020-ci ilin yanvar ayında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 63,1 milyon manatlıq məhsul istehsal edilib.

Eləcə də bax: Azərbaycanda traktor istehsalı – TAMAMİLƏ DAYANIB

FED.az "trend"ə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 89,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 72,8 faiz artıb.

Yanvar ayında 192 ədəd minik avtomobili istehsal olunub, ştanqlı quyu nasoslarının istehsalı 91,3 faiz, mancanaq dəzgahlarının istehsalı 2,5 dəfə artıb.

Digər xəbərlər