2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda dəri və dəri məmulatlarının, ayaqqabı istehsalı 14.6 milyon manat təşkil edib.
Eləcə də bax: Arabaçı işlədi, internet klub işlətdi, bugün isə ayaqqabı biznesi var - MÜSAHİBƏ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Belə ki, ötən ilin eyni ayları ilə müqayisədə Azərbaycanda ayaqqabı istehsalı 59.9% artıb.
Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 325.1 milyon manat dəyərində məhsul istehsal edilmiş, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə geyim istehsalında 47.3 faiz artım, toxuculuq sənayesində isə 28 faiz azalma müşahidə olunub.