Azərbaycanla Çin arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.
FED.az xəbər verir ki, memorandumu “Dream Group” şirkətinin baş icraçı direktoru Kamran Allahverdiyev və “Digital Team Technology LTD” şirkətinin həmtəsisçisi Çhanq Yi imzalayıb.
Memorandumun imzalanması Azərbaycan-Çin İqtisadi Ticarət Əməkdaşlıq Forumu çərçivəsində baş tutub. (Apa)