“Hazırda 66 adda müasir tipli silah və hərbi texnikalar yaradılmaq üzrədir”.
Eləcə də bax: Azərbaycan yeni silahlar - İSTEHSAL EDƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, gələn ilin birinci yarısında həmin silah və texnikaların seriyalı istehsalına başlanılması planlaşdırılır.