ABŞ-İran gərginliyi “qara qızıl”ın qiymətini son 3 həftənin maksimumuna yüksəldib.
ELƏCƏ DƏ BAX : Beş ayda 6,7 milyard dollarlıq neft və neft məhsulları ixrac edilib
FED.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İrana genişmiqyaslı əlavə sanksiyalar tətbiq ediləcəyini açıqlaması fonunda ABŞ-İran arasında davam edən siyasi gərginlik neftin qiymətinin son 3 həftənin maksimumuna qalxmasına səbəb olub.
Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 64,80 dollardan, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 57,40 dollardan baha satılır.
Xatırladaq ki, iyunun ortalarında neftin qiyməti son 5 ayın ən aşağı səviyyəsinə düşmüşdü. Lakin son bir həftədə “qara qızıl”ın qiyməti 3-4 dollar/barrel bahalaşıb.