Yanvar-may aylarında Azərbaycandan 14 milyon 58 min 382 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib. Beş ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 6 milyard 721 milyon 580 min ABŞ dolları olub.
ELƏCƏ DƏ BAX:Azərbaycan neftinin - SON QİYMƏTİ AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, ötən ilin ilk 5 ayında ölkədən 11 milyon 779 min 766 ton xam neft ixrac olunmuş, ixrac edilən neftin dəyəri 5 milyard 921 milyon 818 min dollar təşkil etmişdi.