Azərbaycanda da satılan Rusiyanın "Starodvorye" brendinin (“Starodvorye Kolbasa" QSC) kolbasa və kolbasalarında təhlükəli qatqı və antibiotik aşkarlanıb.
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, kolbasanın tərkibində enrofloksasin aşkar edilib. Bu antibiotik ishal, qusma və baş ağrısına səbəb ola bilər .
Brendin kolbasalarında qida əlavəsi olan karagenan da aşkar edilib. "Rosselxoznadzor" xəbər verir ki, bu maddənin tez-tez istifadəsi xora və şiş ehtimalını artırır.
"Rosselxoznadzor" Şirkətin məhsullarının Azərbaycan, Gürcüstan, Özbəkistan, Ukrayna, Tacikistan, Türkmənistan, Monqolustan, Vyetnam, BƏƏ və Seyşel adalarına ixracına məhdudiyyətlər qoyub.
Rusiyanın “Starodvorye Kolbasa” QSC şirkətinin Azərbaycanda tərəfdaşı "AQRO-VEST DC" MMC şirkətidir. (Marja)