Sumqayıt şəhərində koronavirusla mübarizə məqsədilə zəruri tədbirlər həyata keçirilir.
FED.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Sumqayıt şəhər 1 nömrəli xəstəxananın ərazisində əhaliyə tibbi xidmətlərin göstərilməsi, koronavirusla mübarizə məqsədilə mobil səyyar hospital quraşdırılır.
Eləcə də bax: Azərbaycanda koronavirusa yoluxanların sayı - 600-Ü KEÇDİ
Bu məqsədlə dövlət sifarişi ilə xəstəxananın ərazisində müvafiq yer ayrılıb. Layihənin mühüm əhəmiyyəti nəzərə alınaraq ərazidəki tikinti altına düşən ağaclarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Nazirlik layihənin mühüm dövlət əhəmiyyətini və sosial infrastrukturun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyini nəzərə alaraq mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə boş ərazilərə köçürülməsinə, köçürülməsi mümkün olmayan bir neçə ağacın isə götürülməsinə rəy verib.
Ərazidəki bir neçə ağac budanaraq xəstəxananın həyətindəki boş əraziyə köçürülüb. Eyni zamanda, ərazidəki boş sahədə 500 ağacın əkilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq verilib. Ağacların əkilməsinə başlanılıb.
Azərtac